RU
Avtobusdakı sərnişinlər ölümdən qurtuldar: yolda dəlik yarandı - VİDEO
12:18
364

Avtobusdakı sərnişinlər ölümdən qurtuldar: yolda dəlik yarandı - VİDEO

Şəhərdə avtobusda olan 21 sərnişin, sadəcə, təsadüf və sürücünün məharəti sayəsində sağ qalıblar.

Çünki yolda qəflətən iri dəlik yaranıb.

7News.az People's Daily Online-a istinadən bildirir ki, olay Çinin Quansi vilayətindəki Nanyin şəhərində, Szinan-roud küçəsində yaşanıb.

21 sərnişin olduğu avtobus mərkəzi küçə ilə sürətlə hərəkət edirdi. Bu zaman küçədə qəflətən iri dəlik yaranıb. Dəliyin eni 3 metr, dərinliyi 3,2 metr idi.

Avtobusun sürücüsü sayıq davranıb və nəqliyyat vasitəsini dəlikdən bir qədər öndə saxlayıb.

Bununla da o, faciənin qarşısını alıb.

 

Avtobusun hərəkət etdiyi zolaq təmir üçün bağlanıb.//milli

7News.az

Avtobusdakı sərnişinlər ölümdən qurtuldar: yolda dəlik yarandı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ