RU
Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi
12:40
247

Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi

Bakıda marşrut avtobuslarında kondisionerlər qoşulub.

Bununla bağlı 7News.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, operativ qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək. Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemlərinin işə salınması təmin olunacaq.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ