RU
Avtomobil kişinin üstündən keçdi, ayaqları... - Bakıda QƏZA
11:28
769

Avtomobil kişinin üstündən keçdi, ayaqları... - Bakıda QƏZA

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

7News.az report- a istinadən xəbər xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Avtomobil onun üzərindən keçib. Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ