RU
Avtomobil piyadanı vurub öldürdü
13:42
1213

Avtomobil piyadanı vurub öldürdü

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. 

7News.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə iyunun 12-də axşam saat 22:05 radələrinə Şamaxı rayonun M.Ə.Rəsulzadə küçəsində, mərkəzi bazarın qarşısında qeydə alınıb.1975 ci-il təvəllüdlü Şamaxı rayon sakini Dünyamalıyev Mehman Teymurağa oğluna məxsus 99 BC 584 Dövlət nişanlı "Mersedes" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolu keçən piyadanı, 1977 ci-il təvəllüdlü  Baloğlanov Elxan Ağahüseyin oğlunu vurub.

Ağır bədən xəsarətləri alan Elxan Baloğlanov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ