RU
Avtomobillə vurulmuş velosipedçi dünyasını dəyişdi
20:00
933

Avtomobillə vurulmuş velosipedçi dünyasını dəyişdi

Saatlıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

7news.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 14-də saat 7 radələrində Saatlı rayonunda rayon sakini Maarif Miriyev idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarında velosiped sürən həmyerlisi Yadigar Kazımovu vurub.

Xəstəxanaya yerləşdirilmiş Y.Kazımov mayın 20-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ