RU
Çavuşoğlu: Ankara İrəvan arasında ilk birbaşa görüşü Moskvada baş tutacaq
19:40
442

Çavuşoğlu: Ankara İrəvan arasında ilk birbaşa görüşü Moskvada baş tutacaq

Ermənistan və Türkiyə nümayəndələrinin münasibətlərin normallaşmasına dair ilk görüşü Moskvada baş tutacaq. 

7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

"Ermənistanla normallaşma üzrə xüsusi nümayəndələr təyin edilib. İlk görüş Moskvada olacaq. Ümid edirik ki, Ermənistan beynəlxalq hüquq çərçivəsində hərəkət edəcək”, - Çavuşoğlu qeyd edib.

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşünə toxunan Çavuşoğlu bildirib ki, tərəflər telefon danışıqları zamanı müzakirələrin dəqiq tarixini razılaşdıracaqlar: "Ermənistan tərəfi xüsusi nümayəndələrin görüşünün Moskvada keçirilməsini təklif edir. Biz Ermənistanla vasitəçisiz birbaşa təmasların tərəfdarıyıq. Ümid edirəm ki, iki ölkənin xüsusi nümayəndələri gələcək əlaqələrin qurulması üçün faydalı olacaq. Dialoq üçün Yol Xəritəsi hazırlayacaqlar. Mən də ümid edirəm ki, Ermənistan nümayəndələrinin səsləndirdiyi müsbət siqnallar konkret addımlar şəklində özünü göstərəcək”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ