RU
Çavuşoğlu: “Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”
16:00
201

Çavuşoğlu: “Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”

"Ayrıseçkiliklərə daha dözümümüz qalmayıb”.

7NEWS.Az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı söyləyib.

"Bölgəmiz və insanlarımız dini, məzhəbi və etnik ayrıseçkilikdən çox əziyyət çəkib. Bu ayrıseçkiliklərə daha dözümümüz qalmayıb”, - o qeyd edib.

Mövlud Çavuşoğlu bölgədə qalıcı stabillik üçün iqtisadi və inzibati islahatların vacibliyini vurğulayıb:

"Xalqlarımızın rifahı üçün strateji infrastruktur layihələrini gerçəkləşdirməliyik. Təhlükəsizlik olmadan iqtisadi islahatlara nail olmaq mümkün deyil. Bölgəmizdə təhlükəsizliyə ən böyük təhdid terrorçuluqdur. Regional əməkdaşlığı və sülhü zəhərləyən terror təşkilatları ilə geri çəkilmədən mübarizə aparmalıyıq”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ