RU
 Çavuşoğlu Bakıdadır: `Qarabağı müzakirə etdik`
13:04
506

Çavuşoğlu Bakıdadır: `Qarabağı müzakirə etdik`

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir. Səfər zamanı Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.


Bakıda keçirilən mətbuat konfransında Məmmədyarov bildirib ki, Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu ilə görüşdə regional məsələlər, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.

Nazir vurğulayıb ki, görüş zamanı türkiyəli həmkarı ona Rusiya XİN rəhbərinin Türkiyəyə səfəri barədə məlumat verib: "Bu görüşlə bağlı müzakirələrimiz olub. Gələn həftə NATO-nun zirvə toplantısı keçiriləcək. Hamburqda isə ATƏT XİN rəhbərlərinin görüşü olacaq. Bununla bağlı müzakirələr apardıq”.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ