RU
Çavuşoğlu BƏƏ-də səfərdədir - Yenilənib
11:10
98

Çavuşoğlu BƏƏ-də səfərdədir - Yenilənib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliyinə gedəcək.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nəhyanın dəvəti ilə gerçəkləşəcək.

Səfər zamanı baş tutacaq görüşlərdə ikitərəfli əlaqələr, eləcə də, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun BƏƏ-yə səfəri başlayıb.

"Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdəyik”, - deyə Türkiyənin XİN rəhbəri öz tviter hesabında yazıb.

 

 

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ