RU
Çavuşoğlu G20 XİN başçılarının toplantısına qatılacaq
12:20
239

Çavuşoğlu G20 XİN başçılarının toplantısına qatılacaq

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 7-8 iyul tarixlərində İndoneziyada keçiriləcək G20 xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, iclas zamanı ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində nazir Çavuşoğlunun ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ