Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) yeni təyin olunmuş Baş katibi Kubançıbek Omuraliyevlə görüşüb.
7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.
"Ortaq tariximizdən aldığımız güclə ortaq gələcəyə doğru qətiyyətli addımlarla irəliləyirik. Biz birlikdə daha güclüyük!", - Çavuşoğlu qeyd edib.
7NEWS.Az








