RU
Çavuşoğlu: Türkiyə, Azərbaycan və Gürcüstan Pekinlə Londonu birləşdirdi
15:30
309

Çavuşoğlu: Türkiyə, Azərbaycan və Gürcüstan Pekinlə Londonu birləşdirdi

Biz Gürcüstan və Azərbaycanla birlikdə regionunun sabitliyinə töhfə veririk.

7News.Az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tbilisidə deyib.

O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr Pekinlə Londonu birləşdirib.

"Perspektivdə buna bənzər olan layihələri həyata keçirməyə davam edəcəyik. Regionun sülh və sabitliyinə birlikdə töhfə verməyə çalışırıq. Bakı-Tbilisi-Qars dəmiryolu ilə  həm ticarətə, həm də nəqliyyata töhfə veririk”, - deyə M.Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirləri (Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu) arasında üçtərəfli formatda səkkizinci görüş başlayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ