Unikal.org saytında "German Hospital"da bir neçə gün öncə yeni doğulmuş körpənin ölümü ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, 1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib. Uşağın nənəsinin iddiasına görə uşaq sağlam olub: "3 gün anası ona süd verib. Bu gün səhər bizə zəng edib dedilər ki, gəlin uşağın ölüsünü aparın".
Xəstəxanadan verilən məlumata görə yayılan informasiya həqiqəti əks etdirmir: "Bizdə bununla bağlı heç bir məlumat yoxdur".
Xəstəxanadan verilən məlumata görə yayılan informasiya həqiqəti əks etdirmir: "Bizdə bununla bağlı heç bir məlumat yoxdur".
7News.Az








