7News.az xəbər verir ki, avtobusu dayanacaqdan kənarda saxlamasını tələb edən sərnişin sürücüyə hücum edib.
Qadın sürücünü təhqir edib, üst-başını cırıb.
Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub.
Bakı Nəqliyyat Agentliyi olaraq bir daha bəyan edirik ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qadağandır. Sürücülərimiz kimi sərnişinlərimiz də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər. Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçiririk. Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalınmamalıdır. Düşünür ki, bu kimi etik-davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir.
7News.az








