RU
16:03
681

"Ayaqqabı bağıyla oğlumu özümə bağlayırdım" - "Survivor" iştirakçısından ŞOK AÇIQLAMA

"Survivor"da "doğmalarıyla danışıq" oyununda məğlub olan "Məşhurlar" komandasında ara qarışıb.

7News.az Milliyet-ə istinadən xəbər verir ki, xüsusilə Səmanın oğluyla əlaqədar sözləri "Survivor"a damğa vurub.

Səma oğlunu görə bilmədiyi üçün məğlubiyyət sonrası "Mən anayam, onlar məni anlaya bilməz" deyərək üsyan edib.

Səma oğluna olan bağlılığını bu sözlərlə ifadə edib:

 

"Yelləncəkdə uşağımı oğurladılar deyə aləmi bir-birinə qatan bir anayam mən. Bazara gedəndə ayaqqabı bağıyla oğlunu özünə bağlayan bir anayam. Ona görə mənim bu halımın digərlərinə axmaqca gəlməsi normaldır. Onlar belə düşünməyə bilərlər, amma, həqiqətən, çox ehtiyacım var idi".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ