RU
Ayı kişini parçalayıb
14:00
1236

Ayı kişini parçalayıb

Balıq tutmağa gedən kişi ayı pəncələrinin qurbanı olub.

7News.Az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Xabarovsk diyarının Solneçnı rayonunun Xurmuli qəsəbəsi kənarında ayı kişini parçalayıb.

Bu barədə Rusiya İstintaq İdarəsinin Xabarovsk region şöbəsindən məlumat verilib.

Qeyd olunur ki, tikintidə işləyən 55 yaşlı kişi balıq tutmağa getsə də, axşam geri qayıtmayıb.

Axtarış zamanı onun iş yoldaşları kşinin üzərində ciddi xəsarətlər olan cəsədini tapıblar.

Ekspertlər və ovçular kişinnin ayı hücumuna məruz qaldığını bildiriblər.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ