İşğaldan azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, "Söyüdlü" qızıl yatağında 112,5 ton resurs olub.
O qeyd edib ki, "Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, "Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında 13,7 ton qızıl olub: "Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb".








