RU
Azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb
12:30
172

Azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb.

ANAMA-dan 7News.Az-a verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 14 mina və 443 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 384 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ