RU
AZAL Naxçıvan reyslərini bərpa edib
11:20
68

AZAL Naxçıvan reyslərini bərpa edib

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

Bu barədə AZAL-dan məlumat verilib. 

Qeyd olunur ki, eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ