RU
İran ABŞ-nin yeni zərbələrinə qarşı tam hazır olduğunu bəyan etdi
12:30
22

İran ABŞ-nin yeni zərbələrinə qarşı tam hazır olduğunu bəyan etdi

İran ABŞ tərəfindən ölkəyə mümkün yeni hücum ehtimalına qarşı xüsusi taktiki planlar hazırlayıb.

Bu haqda məlumatı "RİA Novosti" agentliyi İranın hərbi mənbələrinə istinadla yayımlayıb.

Məlumata görə, həyata keçiriləcək bu tədbirlər Vaşinqtonun hərəkətlərinə potensial cavab xarakteri daşıyacaq.

"Ölkəmizin hücum və müdafiə doktrinasına uyğun olaraq yeni taktiki addımlar və metodlar müəyyənləşdirmişik. Silah ehtiyatları, eləcə də müdafiə potensialı baxımından hər hansı bir çətinliyimiz mövcud deyil.Tam hazırıq", - deyə mənbənin açıqlamasında vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ