RU
Azay Quliyev QDİƏT Parlament Məclisində çıxış edəcək
18:58
785

Azay Quliyev QDİƏT Parlament Məclisində çıxış edəcək

7News.az xəbər verir ki, noyabr ayının 29-da Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edəcəkdir. 
Bu barədə məlumatı Milli Məclisin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, Azay Quliyev səfər çərçivəsində QDİƏT PM-in 48-ci sessiyasında ATƏT PA adından çıxış edəcəkdir. Deputatımız çıxışında parlament qurumlarının müasir çağırışlara qarşı yönəlmiş mövcud əməkdaşlığı haqqında və gələcəkdə mümkün fəaliyyətləri barədə danışacaqdır. Bununla yanaşı, Azay Quliyev çıxışında beynəlxalq terrorizmin qarşısının alınmasında və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu haqqında məlumat verəcəkdir. 

Səfər dekabrın 1-də başa çatacaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ