RU
Azər Badamov smartfonu Milli Məclisə necə keçirdi?
02:04
19694

Azər Badamov smartfonu Milli Məclisə necə keçirdi?

7News.az-ın məlumatına görə Milli Məclisin deputatı Azər Badamov facebook sosial şəbəkəsində birmənalı qarşılanmayan foto paylaşıb. Belə ki, deputat smartfonunu avtorejimə qoyaraq foto çəkib və “Bu gün, Milli Məclisin plenar iclasının gündəliyində olan Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsinin ikinci oxunuşu müzakirə olundu. Müzakirələr zamanı çıxış etdim və qanun layihəsi ilə bağlı bir sıra təkliflərimi səsləndirdim” statusunu yazaraq paylaşıb. Fotodan açıq-aydın görünür ki, əl hərəkətləri sünidir və heç də çıxış zamanı çəkilməyib.

Digər diqqət çəkən məqam isə smartfonu Milli Məclisə necə keçirməsi ilə bağlıdır.

7News.az-ın məlumatına görə 2014-cü il yanvarın 1-dən Milli Məclisə smartfon və android tipli telefonla giriş qadağan olunub. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu  bildirib ki, Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verməlidir: “Bu, Milli Məclisə daxil olan hər kəsə aiddir. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan bütün telefonları binaya daxil olarkən girişdə təhvil verməlidir. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bu avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”, - mətbuat katibi qeyd edib. Məlumat üçün qeyd edək ki, Milli Məclisə smartfon və androidlərin keçirilməsinə qadağa parlamentin payız sessiyası zamanı plenar iclasda deputatların bir-birinin əvəzinə səs verməsi ilə bağlı fotoların mediada və sosial şəbəkələrdə yayılmasından sonraya təsadüf edir.  

Xatırladaq ki, ölkənin tanınmış media qurumları deputatlarla bağlı sorğu keçirdikləri zaman Azər Badamovla bağlı “Parlament müxbiri olsaq da, Azər Badamov adlı deputatı tanımırıq" və bu kimi cavablar vermişdilər.

Bizdə olan məlumata görə bütün deputatlar smartfonlarını girişdə təhvil verirlər. Azər Badamova kim və nə səbəbdən bu əlahiddə səlahiyyət verib? Mövzunu diqqətdə saxlayacağıq

7News.az olaraq fotofaktı təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ