"İnterpol” vasitəsilə axtarışda olan FETÖ terror təşkilatının üzvü C.Mustafa Azərbaycandan Türkiyəyə təhvil verilib.
7news.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həmin şəxs təşkilatın Gürcüstandakı fəaliyyətlərini tənzimləyib. 2017-ci ilin aprelində isə Azərbaycanda həbs edilib.
O, bu gün Atatürk Hava Limanında İstanbul Polis İdarəsinin Terrorizmlə Mübarizə Şöbəsinin əməkdaşlarına təhvil verilib.

7news.Az








