RU
Azərbaycan bir ölkədən alabalıq idxalını kəskin artırıb
19:30
190

Azərbaycan bir ölkədən alabalıq idxalını kəskin artırıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 3,1 milyon ABŞ dolları dəyərində 943,98 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) alıb.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 55,3 %, kəmiyyət olaraq – 53 % çoxdur.

Hesabat dövründə İrandan 2,719 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 76 % artıb) 876 ton (+70 %), Türkiyədən 243,62 min ABŞ dolları dəyərində (-27 %) 61,95 ton (-35 %), Belarusdan 91,11 min ABŞ dolları dəyərində (+41,3 %) 5,41 ton (+36,3 %), Ukraynadan 8,14 min ABŞ dolları dəyərində (-61 %) 0,28 ton (-71 %), Polşadan 7 min ABŞ dolları dəyərində 0,3 ton məhsul (ilk dəfə tədarük olub) gətirilib./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ