RU
`Azərbaycan Hamburq görüşünə hazırdır` - Məmmədyarov
15:02
670

`Azərbaycan Hamburq görüşünə hazırdır` - Məmmədyarov

Azərbaycan və Cənubi Afrika Respublikasının (CAR) arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla CAR xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabanenin görüşü zamanı müzakirə olunub.

7news.Az -ın məlumatına görə, bu sözləri E.Məmmədyarovu bu gün birgə mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, tərəflər vergi, maliyyə, müdafə və energetika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

E. Məmmədyarov əlavə edib ki, Azərbaycan Dövlət Neft Şirkəti də CAR-la əməkdaşlığa maraq nümayiş etdirir.

Nazir həmçinin ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Hamburqdakı iclasında mümkün görüşü də şərh edib. O, qeyd edib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi 3+2 formatında Hamburqda görüş təklifini dəstəkləyir: 

"Azərbaycan xarici işlər nazirlərinin "münaqişə tərəfindən 2 nazir və ATƏT-in həmsədr ölkələrinin 3 XİN başçısı” formulu ilə Hamburq görüşündə iştirak etməyə hazırdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ