RU
Azərbaycan hərbçisi hospitalda vəfat edib
18:58
16

Azərbaycan hərbçisi hospitalda vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov noyabrın 17-də kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həkimlərin səyinə baxmayaraq vəfat edib.

Bu barədə 7NEWS.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ