RU
Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir - Mikayıl Cabbarov
16:27
250

Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir - Mikayıl Cabbarov

Hesab edirik ki, iqtisadiyyatın pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir.

7News.Az bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi artım bərpa edilib ki, bu da olduqca önəmlidir.

"ÜDM-in artım dinamikasında müsbət trendlər güclənməkdədir. Tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım templərinin sürətlənməsi nəzərə çarpır.

Qiymətləndirmələrə əsasən 2021-ci il üzrə iqtisadi artım tempinin 5 faizdən yuxarı olmasını gözləyirik. Bu, həm beynəlxalq təşkilatların, həm də bizim ilkin proqnozlarımızla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir", - deyə nazir bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ