RU
Azərbaycan iranlı narkotaciri İnterpol xətti ilə axtarışa verib - FOTO
12:30
349

Azərbaycan iranlı narkotaciri İnterpol xətti ilə axtarışa verib - FOTO

Azərbaycan iranlı narkotaciri "qırmızı bülleten"lə beynəlxalq axtarışa verib.

7News.Az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, İran vətəndaşı, 1980-ci il təvəllüdlü Tohid Ahmedzadehdehghan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ