RU
Azərbaycan İrəvan görüşündə iştirak etməyəcək
17:10
381

Azərbaycan İrəvan görüşündə iştirak etməyəcək

"Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin Xarici işlər nazirlərinin İrəvanda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməyəcək”.

7news.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib.

Avropa İttifaqının məlumatına əsasən, noyabrın 17-də İrəvanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ