RU
Azərbaycan İŞİD-dən xilas edilən uşaqları gətirmək üçün işə başladı
19:00
697

Azərbaycan İŞİD-dən xilas edilən uşaqları gətirmək üçün işə başladı

Valideynləri "İŞİD”ə qatılan uşaqların Azərbaycana gətirilməsi üçün işlərə başlanılıb.

Artıq bir sıra dövlət qurumları 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdullanın Bağdaddakı sığınacaqdan Bakıya gətirmək üçün danışıqlar aparır. 

Qeyd edilir ki, uşaqların qohumları hələ ki, tapılmayıb. Bu istiqamətində işlər gedir, araşdırma aparılır. Yaxın günlərdə səlahiyyətli qurumlar bu barədə rəsmi açıqlama verəcəklər. 

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Təl-Afər şəhərindən xilas edilərək Bağdada gətiriliblər. Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər. 

Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq atası və anasının Mosulda öldüyünü deyib. /qafqazinfo

 

 


7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ