7News.az xəbər verir ki, 21 may 2016-cı il tarixində Almaniyanın Hannover şəhərində “Sarı gəlin” adı altında konsert proqramı keçirilmişdir. Şəhər bələdiyyəsinin hamiliyi altında baş tutan konsertdə Suriyadan gəlmiş erməni mənşəli İbrahim Keyvo da çıxış etmişdir. Gecədə ifa olunmuş Azərbaycan xalq mahnısı “Sarı gəlin” erməni mahnısı kimi təqdim olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilin 11 iyun tarixində Almaniyanın Hildeshaymdə və 25 iyun tarixində Bremerhavendə “Sarı gəlin” adlı konsertlərin keçiriləcəyinə etirazını bildirir və bu məsələdə son dərəcə həssas, diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.








