RU
10:54
1243

"Azərbaycan müstəqillik qazanandan bu günədək Aİ-dən 580 milyon avro dəstək alıb"

Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin 25 illiyi tamam olur.

Bu müddət ərzində bir çox işlər görülüb. Amma çalışmalıyıq ki, gələcəkdə əməkdaşlığımızı daha da genişləndirək.
 
7News.Az xəbər verir ki, bu barədə Bakıda keçirilən “İnstitusional quruculuq” mövzusunda konfransda çıxışı zamanı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib: 
 
"Aİ və Azərbaycan arasında ticarət və iqtisadiyyat sahəsində geniş əməkdaşlıq var. Cənubi Qaz dəhlizi layihəsində əməkdaşlıq edirik". 
 
Səfirin sözlərinə görə, Azərbaycanın dövlət qurumlarının Tvinninq alətlərinə böyük maraqları var. Bunu Azərbaycanda həyata keçirilməyə başlayan 43 Tvinninq layhəsi də sübut edir: 
 
"Bu layihələrin sayına görə, Azərbaycan  Ukraynadan sonra ikinci yerdədir. Artıq həmin layihələrin 25-i tamamlanıb". 
 
M. Mard TAİEX alətlərinin önəmini vurğulayıb. Onun sözlərinə görə, bu çərçivədə çox tez bir zamanda sorğuları cavablandırmaq mümkündür. SOCİ adlı yeni bir alət var  ki, bu da sosial müdafiə sahəsini əhatə edir və çox önəmlidir". 
 
M.Mard onu da deyib ki, Azərbaycan müstəqillik qazanandan bu günə qədər Avropa İttifaqı ölkəmizə 580 milyon avro dəstək verib. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ