Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb.
CIF bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 5,14 ABŞ dolları və ya 5,05% azalaraq 96,73 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan neftinin bir bareli 101,87 ABŞ dollarına satılırdı.
Qeyd edək ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsində "Azeri Light" markalı neftin orta ixrac qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb.








