RU
Azərbaycan Rusiyaya tibbi oksigen göndərdi
21:45
122

Azərbaycan Rusiyaya tibbi oksigen göndərdi

Azərbaycandan göndərilən tibbi oksigenin ilk partiyası Rusiyanın Stavropol vilayətinə çatıb.

7NEWS.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Vladimirov bildirib.

 
O qeyd edib ki, Azərbaycandan Rusiyaya tibbi oksigenin tədarükü ilə bağlı razılaşma həyata keçirilir.⠀

"Bir gün əvvəl rayona ilk partiya gəldi. Nevinnomısskda oksigen boşaldılıb, tibb müəssisələri arasında paylama artıq aparılır. İlk alanlar arasında Stavropolun 2-ci və 4-cü xəstəxanaları, İzobilnoye, Mineralnıye Vodı, Svetloqrad xəstəxanaları var”, - qubernator qeyd edib.⠀

"Qarşıda uzun Yeni il tətilləri var, buna görə də hər hansı bir fasilə ehtimalını istisna etmək üçün oksigen ehtiyatına sahib olmaq vacibdir. Bu iş xüsusi nəzarətdədir”, - Vladimirov əlavə edib.

 

 

 
7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ