RU
Azərbaycan sahibkarları Sankt-Peterburq İnnovasiya Forumunda iştiraka dəvət edilir
08:59
678

Azərbaycan sahibkarları Sankt-Peterburq İnnovasiya Forumunda iştiraka dəvət edilir

Oktyabrın 7-9-da Sankt-Peterburqda (Rusiya) 8-ci Beynəlxalq Sankt-Peterburq İnnovasiya Forumu keçiriləcək.

“ICTnews” xəbər xidmətinin AZPROMO-nun rəsmi saytına istinadən verdiyi məlumata əsasən, tədbir “Rusiya Sənayeçisi” adlı sərgi ilə birgə keçiriləcək.

Sərgidə müasir sənaye materialları və onların emalı, maşınqayırma, dəzgah istehsalı, metal emalı və robototexnika kimi bölmələr fəaliyyət göstərəcək.

Forumun iştirakçıları iri biznesin nümayəndələri, investorlar və mütəxəssislərlə görüşmək imkanı əldə edəcəklər.

Sankt-Peterburq şəhərinin Hökuməti Azərbaycan işgüzar dairələrini tədbirdə iştiraka dəvət edib.

Aynur Vəliyeva

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ