RU
Azərbaycan və Ermənistan xarici işlər nazirinin Hamburqda görüşü keçiriləcək
21:35
475

Azərbaycan və Ermənistan xarici işlər nazirinin Hamburqda görüşü keçiriləcək

Minsk qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilini təklif edir.

7news.Az Trend-ə istinadən bildirir ki, bunu nazir Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

E.Məmmədyarov Azərbaycanın bu görüşə razılıq verdiyini bildirib.

Nazirin sözlərinə görə, münaqişənin həllində passivlik müşahidə olunur: "Sankt-Peterburq görüşündən sonra biz irəliləyişə ümid edirdik və Sankt-Peterburq ab-havasının bərpa olunmasını istərdik. Lakin erməni tərəfi prosesə mane olur".
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ