RU
Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib
18:54
166

Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib

Avstriyanın paytaxtı Vyanada Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Kaxa Kuçava arasında görüş keçirilib.

Bu barədə K.Kuçava tvitter hesabında yazıb.

Spiker azərbaycanlı həmkarı ilə görüşün pozitiv keçdiyini bildirib:

"Azərbaycandan olan həmkarımla pozitiv görüş keçirdim. Biz firavanlıq, regional sülh, sabitlik və təhlükəsizliyin dəstəklənməsi naminə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinin perspektivlərini müzakirə etdik".

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ