RU
Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür
14:38
962

Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür

Dünyanı cənginə alaraq səhiyyə və bir çox sahələrdə aparıcı qüvvə kimi əhəmiyyət daşıyan ölkələri belə çarəsiz qoyan Covid-19 pandemiyası 31 dekabr 2019-cu ildə Çin hakimiyyətinin naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verməsi ilə başladı. Bəs gəlin görək artıq 29 ildir ki yüksək inkişaf dinamikası ilə ilərləyən müstəqil Azərbaycan üç aya yaxın vaxtdır elan edilən və şərtlərin yumşaldılmasına baxmayaraq hələ də davam edən xüsusi karantin rejimdə pandemiya ilə necə mübarizə aparır.

2 mart tarixində təhsil müəssisələrində tədris,təlim-tərbiyə proseslərinin dayandırılması ilə başlayan karantin rejim sonralar vətəndaşların təhlükəsizliyi səbəbilə daha da genişləndirildi və ölkəmizdə xüsusi karantin rejim tətbiq edilməyə başladı. Kütləvi tədbirlər, restoran, kafe, toylar, ölkələrarası gediş-gəliş, bulvar, park və s. insanların yoluxma sayını artıra biləcək bütün məkanlara məhdudiyyətlər qoyuldu. 65 yaşdan yuxarı vətəndaşlara xüsusi risk qrupunda olduqları üçün evdən çıxmaq qadağan edildi. Bütün Azərbaycan bir şüar altında "evdə qal,sağlam qal” deyərək birlik oldu.

Məhdudiyyətləri nəzərə alsaq ortaya belə suallar çıxır : " Günəmuzd çalışan insanlar gəlirlərini necə əldə etdilər, 65 yaşdan yuxarı tənha yaşayan insanlar evdən çıxmadan ərzaq və digər ehtiyaclarını necə qarşıladı, ictimai iaşə obyekt sahiblərinə dəyən zərərlər necə qarşılandı? " bunlar kimi bir çox suallar. Bu sualların insanları narahat etdiyi bir vaxtda gözlənildiyi kimi ölkə prezidentinin verdiyi qərarlar vətəndaşların karantin rejimdə belə sosial rifahının yaxşılaşdırılmasında əvəzsiz rolu oldu.

İşsiz və qeyri-formal məşğul əhalinin dövlət qayğısı ilə əhatə olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə 190 manat birdəfəlik müavinətin verilməsi barədə qərar verildi. Ödənişin iki ay edilməsi nəzərdə tutulur. Müraciətlərin çoxluğunu nəzərə alaraq hətta bu rəqəm 600 minə çatdırılmışdır. Həmçinin qeydiyyatdan keçərək işsiz statusu alan vətəndaşlar nazirlik tərəfindən işə cəlb edilir. Ölkədə 50 min ictimai iş yeri yaradılması üçün 30 milyon manat ayrılıb. Hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan 300 min nəfərə ümumilikdə 215 milyon manat ayrılmışdır.

Pandemiya dövründə zərərçəkmiş fərdi(mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

"Əziz həmvətənlər!

Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN” deyərək vətəndaşlara daima dəstəyini ən yüksək səviyyədə göstərən ölkənin birinci xanımı Mehriban Əliyeva isə ölkə əhalisinə qayğısının əksik etməmişdir. Təşəbbüsü ilə prezidenti olduğu Heydər Əliyev fondunun başladığı "Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.

Bunlarla yanaşı Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılmışdır.

Pandemiya dövründə cənab İlham Əliyev tərəfindən keçirilən uğurlu siyasəti vətəndaşlarla yanaşı BMT-nin ölkəmizdəki idarə heyəti də alqışlayır. Bunu da qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi Covid-19'un gətirdiyi fəsadlarla fədakarcasına mübarizə apararkən bu mübarizədə öz dəstəyini əsirgəyən həmçinin göstərilən dəstəyin düzgün bir şəkildə əhaliyə çatdırılmasına maneə olanlar da oldu. "Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın.

PREZİDENT İLHAM ƏLİYEV” . Cənab prezidentin bu sözlərindən sonra bir daha əminik ki, bu hallar araşdırılır və aradan qaldırılır.

Nəsimi rayon gənci, Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Tamilla Qəhrəmanzadə

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ