RU
Azərbaycanda 14 yaşında məcburi ərə verilən qızın qandonduran həyatı!
17:21
723

Azərbaycanda 14 yaşında məcburi ərə verilən qızın qandonduran həyatı! "Ərim öldürsə də, boşana bilmirəm"

7News.az sığınacaqda yaşayan qadının hekayəsinin təqdim edir:

"22 yaşım var, bir aydır ərimdən ayrılmışam. Səbəbi isə hər gün məni döyürdü.
14 yaşım olanda valideynləri məni zorla ərə verdilər. Məktəbdən gəlib gördüm ki, nişanlayıblar, həm də 18 yaş böyük birinə. Gələcək həyat yoldaşımın 32 yaşı var idi...".

2 körpə uşağı ilə birlikdə sığınacağda yaşayan qadının sözlərinə görə, ailə həyatı qurandan sonra hər gün döyülüb, şiddətə məruz qalıb:

"Bir aydır ayrı yaşayırıq. Həyat yoldaşım məni hər dəfə təhdid edir ki, mənə pul ver. Əvvəl hökumətin verdiyi yardımın hamısını yoldaşıma verirdim. O puldan evə heç nə almırdı. Pulu verməməyə başladım və məni təhdid edərək evdən deport edəcəyini bildirdi. Bu ay aldığım 400 avroya yaxın pulun 300-manatını yoldaşıma vermişəm. O da aparıb öz vəkilinə verib. İki uşaqla pulsuz qaldığım üçün buraya sığınmışam. Rayondakı qohumlarım da məsələdən xəbərdardır. Mənə deyirlər ki, əlini əldən buraxma, səni öldürsə də, ayrılma!".

Qeyd: bu hekayəni tanınmış jurnalist R.Rafiyeva öz hesabında bölüşüb.//sonxeber


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ