RU
Azərbaycanda 33 788 narkotik istifadəçisi qeydiyyata alınıb, olanlardan 619-u qadındır
22:50
2306

Azərbaycanda 33 788 narkotik istifadəçisi qeydiyyata alınıb, olanlardan 619-u qadındır

"Hazırda Respublika Narkoloji Mərkəzində 33 788 nəfər qeydiyyatdadır. Onlar narkotik istifadəçiləridir”.

7NEWS.Az xəbər verir ki, bunu mərkəzin baş direktoru Orxan Cəfərov deyib.

O qeyd edib ki, qeydiyyatda olanlardan 619-u qadındır: "Yaş qruplarına gəlincə, 15-17 yaşarası 9 nəfər, 18-24 yaşarası 2 242 nəfər, 25-29 yaşarası 5 403 nəfər, 65 yaşdan yuxarı olanların sayı isə 207 nəfər təşkil edir”.

Direktor qeyd edib ki, son zamanlar narkotik istifadəçilərinin sayı artıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ