Yay mövsümü başlayandan, iyunun 1-dən indiyə qədər günvurmadan Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 50 nəfər müraciət edib.
Səhiyyə Nazirliyindən 7news.Az-a verilən məlumata görə, onlardan 19 nəfəri xəstəxanaya yerləşdirilib. Vətəndaşlara zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
7news.Az








