7News.az lent.az -a istinadən xəbər verir ki, həmin ünvanda anası və ailəsi ilə yaşayan Kənan Əzizovun həyat yoldaşı Günel Əzizovanı qısqanclıq zəminində qətlə yetirdiyi üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, K.Əzizov bir müddət imiş ki, xanımını evdən kənara çıxmağa qoymurmuş və onların arasında qısqanclıq səbəbindən münasibətlər tamamilə pozulubmuş. Dünən anasının evdə olmamasından istifadə edən K.Əzizov uşaqları həyətə oynamağa göndərib və daha sonra bıçaqla Günelin başını kəsərək öldürüb.
Artıq K.Əzizov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
7News.az








