RU
Azərbaycanda anomal istilər gözlənilir
15:52
1054

Azərbaycanda anomal istilər gözlənilir

Cari ilin iyul və avqust aylarında anomal istilər gözlənilir.

7news.Az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, bu yay anomal istilərin uzunmüddətli olacağı gözlənilir: 

"Havanın temperaturunun normadan 5-6 dərəcə çox olduğu günlər olacaq”.

Nazirlik əhaliyə müraciət edərək anomal istilərdə günəş şüaları altında qalmamağı məsləhət görüb:

"Anomal isti yay aylarında günorta saatlarında 11-dən 5-dək günəş şüaları altında qalmaq risklidir”.  

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ