"Narahatedici bölgələrdən biri Kürdəmir rayonudur. Rayonun Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb”.
7News.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, Masallı rayonunun Əlişanlı kəndində 12 nəfər arasında yoluxma faktı qeydə alınıb:
"Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 12, Beyləqan rayonunun Şahsevən kəndində beş nəfərdə yoluxma qeydə alınıb. Yoluxmanın ən yüksək olduğu rayonlar Salyan, Kürdəmir, Cəlilabad və Yevlaxdır”.
7News.Az








