RU
lombard
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - RƏSMİ
17:23
258

Azərbaycanda daha bir həkim koronavirusdan öldü - RƏSMİ

"Bu gün koronavirusdan vəfat edənlərdən biri - 1962-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Xəstəxanasının həkimidir”.

7News.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, həkimin yanaşı xəstəlikləri olub:

"O, aprelin 30-da Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Göstərilən cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ