RU
Azərbaycanda DƏHŞƏT: 11 yaşlı uşağı sahibsiz it dişlədi
16:46
304

Azərbaycanda DƏHŞƏT: 11 yaşlı uşağı sahibsiz it dişlədi

Uşağın ayağından dişləyən it ona ciddi xəsarət yetirib

7News.Az ona-ya istinadən xəbər verir ki, Yevlaxda 11 yaşlı uşağı sahibsiz it dişləyib. Hadisə rayonun Kövər kəndində baş verib.

11 yaşlı kənd sakini İlkin Murad oğlu Əlizadə sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşağın ayağından dişləyən it ona ciddi xəsarət yetirib.

Doğmaları tərəfindən xəstəxanaya çatdırılan İlkin Əlizadəyə vurmağa quduzluq əleyhinə vaksin tapılmayıb. Daha sonra tələb olunan vaksin Bərdə rayonundan əldə olunaraq Yevlaxa gətirilib. Buna səbəb sifariş olunan yeni dəst vaksinlərin həmin vaxt hələ xəstəxanaya yetişməməsi olub.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ