Şəki Regional Perinatal Mərkəzində daha bir körpə həyatını itirib.
7News.Az “Kanal S”ə (Region TV) istinadən xəbər verir ki, bu, həftə ərzində yaşanan ikinci belə haldır.
Yenicə ana olan Qəbələ sakini Həşimova Günayın sevinci göz yaşları ilə əvəz olub. Körpəsinin dünyaya gəlməsinə sevinə bilməyib. Onlar uşağın ölümündə həkimləri günahlandırır.
Körpənin ölü doğulması və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.
Şəki Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, xəstə ora gətirildikdə, vəziyyəti ağır imiş. Ona görə də yalnız ananı xilas etmək mümkün olub.
Bir həftə öncə şəhər regional perinatal mərkəzində daha bir körpə də həyatını itirib. Şəki sakini Allahverdiyeva Azadə Ramiz qızının ilk övladı vəfat edib.








