Qəribəsi odur ki, ilin mart, aprel, may ayları ərzində dəhşətli qəzalar nəticəsində 5 nəfər faciəvi şəkildə dünyasını dəyişib. Sözügedən qəzalar nəticəsində xüsusən tələbələrin həyatını itirməsi ölkəni dərindən sarsıdıb.
7News.az həmin yol qəzalarını təqdim edir:
Mayın 20-də Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.
"Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir.



Faciəvi yol qəzalarından biri mayın 12-də Yevlaxda baş verib. Rayonun Tanrıqulular kəndində yaşanan qəza nəticəsində 5 nəfər ölüb.
İlkin araşdırma zamanı məlum olub ki, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşınla Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı "VAZ 21015" markalı avtomobil sürət həddinin aşılması nəticəsində toqquşub. Belə ki, həmin yol xeyli vaxt təmirsiz vəziyyətdə olub və avtomobillər burada saatda 60 kilometr sürətdən artıq hərəkət edə bilmirmiş. Bir müddət əvvəl isə yol tamamilə yenidən qurulub və sürət həddi də artıb. Hadisə vaxtı avtomobillərin ən azı saatda 110-120 kilometr sürətlə hərəkət etdiyi bildirilir.
Qeyd edək ki, "VAZ 21 015"də vəfat edən 3 nəfər – 25 yaşlı Zülqədər Zülqədərli, 29 yaşlı Pərviz Zeynalov və 24 yaşlı Zahir Allahverdiyecv "Veysəloğlu" şirkətinin regional satış və paylama şəbəkəsinin işçisi olub.

Ölkəni sarsıdan faciəvi yol qəzalarından biri isə martın 9-da Bakı-Sumqayıt yolunda baş verib.
Dəhşətli qəzada 5 tələbə, Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib.



Azəbaycanda 5 nəfərin ölümü ilə nəticələnən faciəvi qəzalardan bir isə martın 15-də Xırdalanda baş verib. Şəhərin 28-ci məhəlləsindəki 6 nömrəli binada beş qadının cəsədi aşkarlanıb.
Onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.//big
Allah rəhmət eləsin !









