RU
Azərbaycanda evdən gedən qadını atası taparaq öldürüb
17:20
238

Azərbaycanda evdən gedən qadını atası taparaq öldürüb

Azərbaycanda itkin düşən qadının meyiti tapılıb.

 Abşeron rayonunda aşkarlanan meyitə baxış keçirilən zaman Ağsu sakini Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

Daha sonra ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ehtimal edilir ki, N.Əliyev qızının ardınca rayondan Abşerona gəlib və burada onu öldürüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü A.Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ