RU
Azərbaycanda kafeyə girən kişi iki nəfəri güllələdi
16:20
347

Azərbaycanda kafeyə girən kişi iki nəfəri güllələdi

Bərdədə kafedə kənd sakini iki nəfəri güllələyib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Balaqəjər kəndində qeydə alınıb. Kənd sakini 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı ov tüfəngi ilə həmkəndliləri Sərxan Əsədovu və kafenin sahibi Eldar Mamedova ov tüfəngindən atəşə açıb.

Nəticədə ağır yaralanan kənd sakinləri Bərdə rayon mərkəzi xəstəxanasında çatdırılıb.

Hazırda vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ